Katarina Vitt

Katarina Vitt
alm. Katarina Witt
Katarina Vitt 1988-ci ildə
Katarina Vitt 1988-ci ildə
Şəxsi məlumatlar
Tam adı Katarina Vitt
Ləqəbi «sosializmın ən gözəl siması»
Vətəndaşlığı
Doğum tarixi 3 dekabr 1965(1965-12-03)[1][2] (58 yaş) və ya 1964[3]
Doğum yeri
Boyu 166 sm. (5 ft 5 in)
Çəkisi 55 kq[4]
İdman növü Fiqurlu konkisürmə
Məşqçisi Yutta Müller (1977—1988)
Rəsmi saytı

Katarina Vitt (alm. Katarina Witt‎; 3 dekabr 1965[1][2] və ya 1964[3], Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır.

Katarina Vitt 1984, 1985, 19871988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 19871988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub.

Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox DünyaAvropa çempionu olan alman fiqurçudur.

80-cı illərin sonu, 90-cı illərin əvvəlində Birləşmiş Ştatların məşhur «Time» jurnalı Katarina Vitti, «sosializmın ən gözəl siması» (the most beautiful face of socialism) adlandırıb.

  1. 1 2 Katarina Witt // filmportal.de. 2005.
  2. 1 2 Katarina Witt // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Witt, Katharina // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. Olympedia (ing.). 2006.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne